...

Xaricdə təhsil alan azərbaycanlılar üzləşdikləri problemlər barədə nazirliyə elektron formada məlumat verə biləcəklər

Cəmiyyət Materials 30 Aprel 2013 16:45 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr onlara çatacaq vəsaitlərin vaxtlı-vaxtında ödənilməməsi, süründürməçilik və ödənişlə bağlı üzləşdikləri digər problemlərlə əlaqədar məlumatı [email protected] elektron poçt ünvanına göndərə biləcəklər.
Xaricdə təhsil alan azərbaycanlılar üzləşdikləri problemlər barədə nazirliyə elektron formada məlumat verə biləcəklər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr onlara çatacaq vəsaitlərin vaxtlı-vaxtında ödənilməməsi, süründürməçilik və ödənişlə bağlı üzləşdikləri digər problemlərlə əlaqədar məlumatı [email protected] elektron poçt ünvanına göndərə biləcəklər.

Trend çərşənbə axşamı nazirliyin rəsmi saytına istinadən bildirir ki, bütün bu məsələlər nazir Mikayıl Cabbarovun şəxsi nəzarətindədir.

Təhsil Nazirliyinin 2008-ci ildən mövcud olan www.xaricdetehsil.edu.gov.az saytında (2013-cü ilin fevral ayında saytın dizayn və tərtibatında bəzi dəyişikliklər aparılıb) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na aid olan məsələlər öz əksini tapıb. Saytda mütəmadi olaraq hazırda təhsil alan tələbələrimizi və gənclərimizi maraqlandıran məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənmə aparılır. 2007-2011-ci illər ərzində Dövlət Proqramı çərçivəsində görülmüş işlərə dair nazirlik tərəfindən çap edilmiş hesabat jurnalının elektron variantı da saytda yerləşdirilib. Gələcəkdə 2012-ci il də daxil olmaqla hesabatın yenilənmiş variantı saytda yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti