...

Təhsil Nazirliyi TQDK-ya dərsliklərin monitorinqinin nəticələrini oktyabr-noyabr aylarında təqdim etməyi təklif edir

Cəmiyyət Materials 30 Aprel 2013 17:50 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istənilən dərsliyin monitorinqinin nəticələrinin onlara aprel ayında deyil, oktyabr-noyabr aylarında təqdim edilməsini təklif edir.
Təhsil Nazirliyi TQDK-ya dərsliklərin monitorinqinin nəticələrini oktyabr-noyabr aylarında təqdim etməyi təklif edir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istənilən dərsliyin monitorinqinin nəticələrinin onlara aprel ayında deyil, oktyabr-noyabr aylarında təqdim edilməsini təklif edir.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, bu, dərsliklərin yenidən işlənməsi, çapı və müvafiq işlərin tədris ilinin əvvəlinədək çatdırılmasına imkan verəcək.

Nazirliyin məlumatına görə, məzmunca daha keyfiyyətli dərsliklərin nəşri üçün nəzərdə tutulmuş bütün rəy və təkliflər, o cümlədən TQDK tərəfindən təqim edilmiş monitorinq qiymətləndirmələrinin nəticələri Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinə təqdim edilir və onlar tərəfindən daha keyfiyyətli dərsliklərin hazırlanması üçün müvafiq addımlar atılacaq.

Növbəti dərs ili üçün ehtiyac duyulan və hazırlanması nəzərdə tutulmuş dərsliklər nəşr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti