...

"Excelsior Hotel & Spa Baku" hotelində toy artıq reallıqdır (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2013 19:04 (UTC +04:00)
“Excelsior Hotel Baku” hoteli öz fəaliyyətində yeni istiqamətin başlanğıcını bəyan etdi. Bu ilin may ayından “Afurja” zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi mümkün olacaqdır.
"Excelsior Hotel & Spa Baku" hotelində toy artıq reallıqdır (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"Excelsior Hotel Baku" hoteli öz fəaliyyətində yeni istiqamətin başlanğıcını bəyan etdi. Bu ilin may ayından "Afurja" zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi mümkün olacaqdır. 30 aprel 2013-cü il tarixində "Excelsior Hotel Baku" hotelinin "Əlincə" zalında kütləvi informasiya vasitələrinin nümayəndələri, toy agentlikləri və model salonlarının, şənlik təşkili üzrə şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinq məhz bu hadisəyə həsr olunmuşdur. Tədbirdə "AtaHolding" ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova və "Excelsior Hotel Baku" hotelinin Əməliyyat şöbəsinin meneceri Kemal Diler iştirak etdilər.

Tədbirdə çıxış edən "Excelsior Hotel Baku" hotelinin Əməliyyat şöbəsinin meneceri Kemal Diler qonaqlara yenilik haqqında məlumat vermiş, qeyd etmişdir ki, bununla hotelin rəhbərliyi öz marketinq fəaliyyətində paytaxt sakinlərinin arzu və istəklərini nəzərə almışdır. İndi "Excelsior Hotel Baku" hotelində toy arzusunda olanlar 200 nəfərə yaxın "Afurja" zalı və açıq havada hovuzun ətrafında 400-500 nəfərlik yerdə toy mərasimləri keçirə biləcəklər. "Afurja" zalı Avropa standartlarına uyğun avadanlıqla təchiz edilmiş və birinci dərəcəli aşbazlar xidmət göstərəcəklər. Toy mərasiminin iki hissədə: yerin dəyişməsi ilə - şənliyin açıq meydandakı hovuzun yanında davamı, şübhəsiz, əsl rəqabətə imkan yaradacaq. Təkrarsız toy, gerçəkdə nağıl yalnız "Excelsior Otel & Spa Baku"da mümkündür. Toy mərasimi böyük ekranda nümayiş etdiriləcəkdir.

Sonra tanıtım ekskursiyası zamanı qonaqlar "Afurja" zalı və açıq havada hovuzun ətrafındakı eyvanlarla tanış olmuşlar. "Excelsior Hotel Baku" hotelində toy sadəcə yaxşı seçim deyil, həm də mərasimin fərdi keçirilməsidir. Bu, ənənənin müasirliklə vəhdəti, gənc ailənin və şənlik təşkilatçılarının arzularının yerinə yetməsidir. Qonaqlar təklif edilmiş rəngarəng və nəfis menyudan, milli və Avropa mətbəxinin yeməklərindən məmnun qalacaqlar.

Sözsüz, bu, həyatda ən böyük bayramdır, qeyri-standart şəraitdə keçərsə həmişəlik xatirələrdə qalacaq. Bütün bunlarla yanaşı, gecə səmasında olan atəşfəşanlıq bu təntənəli məqama eksklüzivlik əlavə edəcək. Hotel çox əlverişli yerdə yerləşir və avtomobillərinizi saxlamaq üçün geniş və rahat dayanacağa malikdir.

Qeyd edək ki, beşulduzlu "Ekselsior Otel Baku" 2005-ci ildən fəaliyyət göstərir və "AtaHolding" ASC-nin tərkibinə daxildir. "Ekselsior Otel Baku" hotelində 1 "İmperial" nömrə - prezident lüksü, 2 "Royal" nömrə - lüks, 4 "Crown" nömrə - lüks, 45 standart "Heritage" nömrə, 9 kiçik "Duke" nömrə, həmçinin konfrans zalları, biznes-mərkəz, restoran və barlar, "Aura" sağlamlıq mərkəzi xidmətinizdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti