...

Əlillərin rəy və təklifləri dinlənilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2013 20:23 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərlə əlaqədar görülən işlərin səmərəli təşkilində, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanmasında bu təbəqədən olan şəxslərin rəy və təkliflərinin öyrənilməsinə xüsusi önəm verir.
Əlillərin rəy və təklifləri dinlənilib (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərlə əlaqədar görülən işlərin səmərəli təşkilində, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanmasında bu təbəqədən olan şəxslərin rəy və təkliflərinin öyrənilməsinə xüsusi önəm verir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir olaraq, nazir Fizuli Ələkbərovun tapşırığı əsasında aprelin 30-da nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov və nazirliyin müvafiq sahə üzrə mütəxəssisləri tərəfindən bir qrup əlil qəbul olunaraq, onların müraciətləri dinlənilib.

Görüş zamanı əlillərin mövcud problemləri və təklifləri öyrənilib. Əlillər tərəfindən sosial infrastrukturun əlilliyi olan şəxslərin istifadəsinə uyğunlaşdırılması, əlillərə verilən reabilitasiya avadanlıqlarının keyfiyyətinin yaxşılaşdırılması, sosial müavinətlərin artırılması, I qrup əlillərə qulluq edən şəxslərə qulluq dövrünün əmək stajı kimi nəzərə alınması, əlillərin özünüməşğulluq imkanlarının artırılması və s. məsələlər üzrə təkliflər irəli sürülüb.

Əlillərin problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi, habelə onlar tərəfindən verilən təkliflərin nəzərə alınacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti