...

İqtisadi inkişaf naziri Tovuzda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2013 11:17 (UTC +04:00)
İqtisadi İnkişaf naziri Şahin Mustafayev iyunun 1-də Tovuz şəhərində Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadi inkişaf naziri Tovuzda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

İqtisadi İnkişaf naziri Şahin Mustafayev iyunun 1-də Tovuz şəhərində Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbula gələnlər əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, sahibkarların hüquqlarının müdafiəsi, işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.

Məlumatda deyilir ki, vətəndaşlarin müraciətləri, şikayət və təklifləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün Nazirliyin qəbulda iştirak edən məsul işçilərinə tapşırıqlar verilib.

Qəbulda səsləndirilən və bölgə vətəndaşlarını narahat edən bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin hərtərəfli araşdırılacağı bildirilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, İqtisadi İnkişaf nazirinin Tovuzda vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumatlar verilib, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib.

Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, əksər müraciətlər operativ şəkildə həll olunub, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti dövlət qurumlarına çatdırılması üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il iyun ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İqtisadi İnkişaf nazirinin növbəti qəbulu iyunun 8-də Oğuzda keçiriləcək və nazir Şahin Mustafayev Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti