...

Bakı Ali Neft Məktəbi ilə "British Council" təşkilatı arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)

Cəmiyyət Materials 3 İyun 2013 16:20 (UTC +04:00)
İyunun 3-də Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rektoru Elmar Qasımov və "British Council" təşkilatının regional direktoru Maykl Börd arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq protokolu imzalanıb.
Bakı Ali Neft Məktəbi ilə "British Council" təşkilatı arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İyunun 3-də Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rektoru Elmar Qasımov və "British Council" təşkilatının regional direktoru Maykl Börd arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq protokolu imzalanıb.

Əməkdaşlıq protokolunda ingilis dili müəllimləri üçün dərslərdən kənar treninqlərin keçirilməsi, idarəetmə aparatının, peşəyönümlü və ixtisas dərslərini tədris edən kafedraların işçiləri üçün Bakı Ali Neft Məktəbində ödənişli ingilis dili dərslərinin təşkili, BANM əməkdaşları və tələbələr üçün tətil müddətində Böyük Britaniyada ingilis dili üzrə biliklərinin zənginləşdirilməsi məqsədilə təlim-tədris səfərlərinin təşkil edilməsi, tələbələrdən aralıq, semestr və IELTS imtahanlarının qəbul edilməsinə metodiki yardım edilməsi, BANM-in peşəyönümlü və ixtisas fənlərini tədris edən kafedralarının fəaliyyətinə ingilisdilli mütəxəssislərin cəlb olunması və BANM resurs mərkəzinin ingilis dilində nəşr edilmiş ümumi fənlər üzrə kitablar və elektron vəsaitlərlə zənginləşdirilməsinə kömək göstərilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycanda həyata keçirilən düzgün, uzaqgörən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf etməkdədir. O, qeyd edib ki, bu inkişafın nəticəsi olaraq artıq Azərbaycan istər dünyanın, istərsə də regionun önəmli dövlətinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil islahatlarından danışan rektor vurğulayıb ki, Bakı Ali Neft Məktəbinin və bir çox beynəlxalq standartlara cavan verən təhsil ocaqlarının yaradılması buna bariz nümunədir. ARDNŞ-nin transmilli şirkət olaraq Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrdən söhbət açan E.Qasımov BANM-in yaradılmasında əsas məqsədlərindən birinin də məhz bu layihələrdə işləyə biləcək və müasir standartlara cavab verən ingilisdilli kadrların yetişdirilməsi olduğunu qeyd edib.

"British Council" təşkilatının regional direktoru Maykl Börd çıxış edərək bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması həm çox sevindirici, həm də çox önəmli məsələdir. O, "British Council" təşkilatı olaraq, Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti