...

Zabrat-Maştağa-Buzovna avtomobil yolunun bir hissəsində işlər tamamlanıb (FOTO)

Cəmiyyət Materials 4 İyun 2013 10:41 (UTC +04:00)
Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Maştaga-Buzovna hissəsinin 5 kilometrlik sahəsində işlər başa çatdırılıb.
Zabrat-Maştağa-Buzovna avtomobil yolunun bir hissəsində işlər tamamlanıb (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Maştaga-Buzovna hissəsinin 5 kilometrlik sahəsində işlər başa çatdırılıb.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən bildiriblər.

Hazırda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Zabrat - Maştağa - Buzovna avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Ümumi uzunluğu 14 km olan yolun Maştağa - Buzovna hissəsinin 5 kilometrlik sahəsində işlər başa çatdırılıb. Hazırda yolun qalan hissəsində asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Ümumilikdə yolun yaxın aylarda istismara veriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti