...

Mikayıl Cabbarov BMT-nin və Britaniya Şurasının Bakıdakı nümayəndəliklərinin rəhbərliyi ilə görüşlər keçirib

Cəmiyyət Materials 5 İyun 2013 18:26 (UTC +04:00)
Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının və Britaniya Şurasının ölkəmizdəki nümayəndəliklərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.
Mikayıl Cabbarov BMT-nin və Britaniya Şurasının Bakıdakı nümayəndəliklərinin rəhbərliyi ilə görüşlər keçirib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının və Britaniya Şurasının ölkəmizdəki nümayəndəliklərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlərdə BMT tərəfindən ölkə üzrə əlaqələndirici Antonius Bruk, Britaniya Şurası tərəfindən isə ölkə üzrə direktor Elizabet Uayt iştirak ediblər.

Görüşlər zamanı Azərbaycanda təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, təhsilin keyfiyyətinin artırılması, birgə layihələrin həyata keçirilməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti