...

Azərbaycanda 10 məktəb buraxılış imtahanlarından azad olunub

Cəmiyyət Materials 10 İyun 2013 09:37 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ilində buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin adlarını açıqlayıb.
Azərbaycanda 10 məktəb buraxılış imtahanlarından azad olunub

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ilində buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin adlarını açıqlayıb. Komissiyadan Trend-ə verilən məlumata görə, həmin məktəblər Bakının Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Nizami rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi (lal və kar uşaqlat üçün), Nərimanov rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi, Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi, Nərimanov rayonundakı 116 nömrəli korlar və zəif görən uçaqlar üçün orta məktəb, Səbail rayonundakı 87 nömrəli orta məktəb, Suraxanı rayonundakı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi, Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi, Sumqayıt şəhər evdə fərdi təhsil məktəbi, Lənkəran şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbidir.

Bu məktəblərin siyahısı TQDK-nın rəsmi saytında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti