...

Səhiyyə Nazirliyi 70-ə yaxın aptekin fəaliyyətini yoxlayıb

Cəmiyyət Materials 11 İyun 2013 16:30 (UTC +04:00)
Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 2013-cü ilin I rübü ərzində 68 aptekdə reyd keçirib.
Səhiyyə Nazirliyi 70-ə yaxın aptekin fəaliyyətini yoxlayıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 2013-cü ilin I rübü ərzində 68 aptekdə reyd keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reydlər respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə birgə keçirilib. Reydlər zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olan 1 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb.

Reydlər zamanı, həmçinin yararlıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti