...

Motorlu qayıqsürmə üzrə Dünya çempionatı Bakıda keçiriləcək

Cəmiyyət Materials 12 İyun 2013 09:12 (UTC +04:00)
Bakı şəhəri 6-7 iyul tarixlərində ilk dəfə olaraq 2013-UIM Formula 2 motorlu qayıqsürmə üzrə Dünya çempionatının ikinci mərhələsinə ev sahibliyi edəcək.
Motorlu qayıqsürmə üzrə Dünya çempionatı Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Bakı şəhəri 6-7 iyul tarixlərində ilk dəfə olaraq 2013-UIM Formula 2 motorlu qayıqsürmə üzrə Dünya çempionatının ikinci mərhələsinə ev sahibliyi edəcək.

Dünya çempionatına 15-16 iyunda Stokholmda start veriləcək və "Su üzərində alov" şüarı altında Bakı Buxtasında həyəcanlı və valehedici sou ilə davam etdiriləcək. Yarışda 13 ölkədən 23 komanda iştirak edəcək.

Təşkilatçılar Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi motorlu qayıqsürmə yarışının əhali arasında böyük marağa səbəb olacağını bildirirlər.

Daha ətraflı AZERNEWS onlayn qəzetinin 12 İyun çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda həmçinin oxucular Yeni Azərbaycan Partiyasının V qurultayında 2013-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi, Bakıda keçirilən Fələstinə yardım üzrə donor konfransı, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın 2020-ci il üçün qaz istesalı planlarını açıqlaması, Azərbaycanda turizm qiymətlərinin aşağı düşməsi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti