...

Sabah Bakıda havanın temperaturu 32 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 12 İyun 2013 12:54 (UTC +04:00)
yunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Sabah Bakıda havanın temperaturu 32 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə deyib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22 dərəcə isti olacaq.

İyunun 13-də Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti