...

Səlim Müslümov: Azərbaycanda pensiyalar gələn aydan artırıla bilər

Cəmiyyət Materials 12 İyun 2013 13:46 (UTC +04:00)
Yaxın zamanlarda Azərbaycanda pensiyaların baza hissəsinin artırılması nəzərdə tutulur.
Səlim Müslümov: Azərbaycanda pensiyalar gələn aydan artırıla bilər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Yaxın zamanlarda Azərbaycanda əmək pensiyaların baza hissəsinin artırılması nəzərdə tutulur.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Fond sədrinin sözlərinə görə fondun mövcud büdcəsi buna imkan verir:

"Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Hazırda imkanlarımız artıq tam formalaşıb. İyun ayının 1-nə Fondun profisiti təxminən 70 milyon manata yaxın idi, iyun ayında da profisitin artımı davam edəcək. Bu isə o deməkdir ki, iyul-avqust ayları üçün artımın başlanması üçün bizim maliyyə vəsaitlərimiz tam formalaşmış olacaq. Düşünürəm ki, pensiyaların baza hissəsinin 15-20% artımı olacaq".

Qeyd edək ki, Azərbaycanda pensiyaların baza hissəsi 85 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti