...

Amerikalı məktəblilərin ifasında "Azərbaycan" şeiri (FOTO)

Cəmiyyət Materials 14 İyun 2013 06:07 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyində “Embassy Adoption” proqramı çərçivəsində Vaşinqtonda yerləşən "Anne Beers" məktəbinin 5-ci sinif şagirdləri ilə Azərbaycanla bağlı 5 aylıq proqramın yekunu üzrə görüş keçirilib.
Amerikalı məktəblilərin ifasında "Azərbaycan" şeiri (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın ABŞ-dakı səfirliyində "Embassy Adoption" proqramı çərçivəsində Vaşinqtonda yerləşən "Anne Beers" məktəbinin 5-ci sinif şagirdləri ilə Azərbaycanla bağlı 5 aylıq proqramın yekunu üzrə görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı şagirdlər xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirini Azərbaycan və ingilis dillərində söyləyib, Azərbaycanla bağlı öyrəndikləri məlumatları bölüşüblər.

Qeyd edək ki, 1974-cü ildən əsası qoyulmuş proqramın əsas məqsədi orta məktəb şagirdlərinin dünya dövlətlərinin tarixi, mədəniyyəti və coğrafiyası haqqında dünyagörüşünün formalaşmasıdır. 5 aylıq müddəti əhatə edən proqramda Vaşinqtona akkreditə olunmuş səfirliklər Kolumbiya mahalında yerləşən dövlət məktəblərinin 5 və 6-cı sinif şagirdlərinə təmsil etdikləri dövlətin tarixi, coğrafiyası, adət-ənənələri və mədəniyyəti barədə təqdimatlarla çıxış edirlər. Hazırda 61 səfirlik bu proqramın iştirakçısıdır.

Proqram çərçivəsində "Anne Beers" məktəbinin 5-ci sinif şagirdlərinə Azərbaycan haqqında ümumi məlumat, Azərbaycanın mədəniyyəti, milli bayramları, adət-ənənələri, mətbəxi və dili barədə təqdimatlar edilib.

Sonda şagirdlər tərəfindən hazırlanmış Azərbaycan xalçalarının rəsmlərindən ibarət albom səfirliyə hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti