...

ARDNŞ-də işə düzəlmək istəyən gənclərin nəzərinə!

Cəmiyyət Materials 14 İyun 2013 12:41 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Mingəçevir və Goranboy qaz istismarı Sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.
ARDNŞ-də işə düzəlmək istəyən gənclərin nəzərinə!

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Mingəçevir və Goranboy qaz istismarı Sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.

Trend "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, namizədlər həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dan yuxarı olmayan, fiziki cəhətdən sağlam, insanlarla xoş ünsiyyət yarada bilən, iradəli, nizam-intizamlı, çevik gənclər olmalıdırlar.

Arzu edənlər 18 iyun 2013-cü il tarixdə saat 13:00-dan 18:00-dək, 19 iyun 2013-cü il tarixdə saat 09:00-dan 18:00-dək Bərdə qaz istismarı Sahəsinə müraciət edə bilərlər. Ünvan: Bərdə şəhəri, İsmət Qayıbov küçəsi 15. Əlaqə telefonu: 012-521-22-61 (Birliyin Kadrlar şöbəsi)

Müsahibədə iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi və surətini, Əmək kitabçası və surətini, Hərbi bilet və surətini, Diplom və ya attestatı və onların surəti, eləcə də 2 ədəd 3×4 ölçüdə rəngli şəkil təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti