...

Həftəsonu Azərbaycanda əsl “qaralma” havası olacaq

Cəmiyyət Materials 14 İyun 2013 13:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gndüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun iyunun 15-də gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Həftəsonu Azərbaycanda əsl “qaralma” havası olacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun iyunun 15-də gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

İyunun 16-da gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 36 dərəcəyə çatacaq.

Azərbaycanın rayonlarında iyunun 15-də və 16-da hava yağmursuz olacaq. İyunun 15-də mülayim şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 17-22 dərəcə, gündüz 31-36 dərəcə, bəzi yerlərdə 39 dərəcə isti olacaq. Dağlarda gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti qeydə alınacaq.

Azərbaycanın rayonlarında iyunun 16-da temperatur gecə 18-23, gündüz 34-39 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

İyunun 14-17 tarixlərində respublikanın əksər rayonlarında hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Bir çox rayonlarda havanın temperaturunun yüksək olması və yağıntısız hava şəraiti kənd təsərrüfatı bitkilərinin boy atmasında və inkişafında sürətləndirmə, məhsul yığımı və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq, bilavasitə belə hava şəraiti torpaqda məhsuldar rütubət ehtiyatlarının azalmasına səbəb olacaq və aran rayonlarda suvarmaların aparılmasına ehtiyac yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti