...

YARAT Müasir İncəsənət Məkanı rəssam Afət Bağırovanın "Sirrini mənə danış" layihəsini təqdim edəcək - (FOTO)

Cəmiyyət Materials 15 İyun 2013 12:00 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı “Participate Public Art Festival” iştirakçılarının əsərlərinin təqdimatını davam etdirir. Festivalın sponsoru Bank Respublika-dır.
YARAT Müasir İncəsənət Məkanı rəssam Afət Bağırovanın "Sirrini mənə danış" layihəsini təqdim edəcək - (FOTO)

Azərbaycan, Bakı, 15 iyun/Trend/

YARAT Müasir İncəsənət Məkanı "Participate Public Art Festival" iştirakçılarının əsərlərinin təqdimatını davam etdirir. Festivalın sponsoru Bank Respublika-dır.

2013-cü ilin iyun ayının 15-də, şənbə günü saat 16:00-da tamaşaçılara gənc Azərbaycan rəssamı Afət Bağırovanın "Sirrini mənə danış" layihəsi təqdim olunacaq. Nəzərinizə çatdırmaq istərdik ki, bu Festival proqramına daxil olunmuş 10 əsərdən sayca 7-cidir. Yay aylarında və payızın əvvəlində bakılılar və şəhərimizin qonaqları daha 3 maraqlı layihə ilə tanış olmaq fürsətindən yararlana bilərlər; nümayişi nəzərdə tutulan əsərlər, yəqin ki, öz miqyası ilə tamaşaçıları həyrətləndirəcək.

Azərbaycan rəssamlarının təqdim etdiyi layihələrin təməlini, əsasən, tamaşaçıların sənət prosesinə cəlb olunması ideyası təşkil edir və bu layihələrdə Bakı sakinlərinin gündəlik təəssüratları özünü büruzə verir. "Sirrini mənə danış" layihəsinin müəllifi Afət Bağırova tamaşaçılara öz sirlərini məxfilik əsasında nəhəng qulağa nəql etməyi, habelə digər insanların sirlərinə qulaq asmağı təklif edir (bunun üçün, sadəcə, qulaqlıq taxmaq lazımdır).

Xanım rəssamın yaratdığı əsər tövbə əlamətlərinə malikdir. Xəlq olunmuş nəhəng qulaq nəql etdiyiniz tarixçəni yazır, əsərə əlavə olunan qulaqlıqlar isə öncədən yazılmış etirafları dinləmək imkanı yaradır. Əsərin müəllifi bizi daha sərbəst etməyə çalışır. Öz sirlərimizi danışanda və digərlərin sirlərini öyrənəndə biz sərbəstlik əldə etmiş oluruq. Yaradılan əsər məxsusi olaraq şərq şəhərinə xas olan xüsusiyyətləri qabardır, çünki şərq şəhərlərində əsas xəbərlər ağızdan ağıza dolaşır və astadan söylənilir.

Əsərin təqdimatı iyun ayının 15-də, saat 16:00-da "28 Mall" ticarət mərkəzinin ikinci mərtəbəsində keçiriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti