...

Dünyada ilk dəfə: Hyundai hidrogenlə işləyən avtomobil buraxdı (FOTO)

Cəmiyyət Materials 19 İyun 2013 12:11 (UTC +04:00)
Hyundai dünyada ilk dəfə hidrogenlə işləyən avtomobil istehsal edir. İlk 1000 ədəd Hyundai ix35 Fuel Cell avtomobili 2015-ci ildə Hyundai-ın Koreyadakı zavodunda buraxılacaq.
Dünyada ilk dəfə: Hyundai hidrogenlə işləyən avtomobil buraxdı (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Hyundai dünyada ilk dəfə hidrogenlə işləyən avtomobil istehsal edir. İlk 1000 ədəd Hyundai ix35 Fuel Cell avtomobili 2015-ci ildə Hyundai-ın Koreyadakı zavodunda buraxılacaq.

Texnologiyada və avtomobil sənayesində bu çevriliş üzərində Hyundai Motor Company-nin Eko Texnoloji Araşdırma İnstitutu 1998-ci ildən işləməyə başlayıb. Hyundai ix35 Fuel Cell 100 kilovattlıq elektrik mühərriki ilə təchiz olunub. Mühərrik sıxılmış hidrogenin enerjisindən yaranan elektriklə işə düşür. Cəmi 5,65 kq ağırlıqda olan 2 hidrogen çəni bir doldurma ilə avtomobilin 594 km getməsinə kifayət edir. Su ilə işləyən Hyundai ix35 Fuel Cell 100 km/saat sürəti 12.8 saniyəyə yığır və maksimal sürəti 160 km/saat-dır.

Yeni Hyundai modelinin artıq sifarişçisi də var: ilk 15 avtomobili Danimarkanın Kopenhagen şəhərinin meriyası alacaq. Məqsəd 2025-ci ilədək Kopenhagenin karbon tullantısı olmayan şəhərə çevrilməsinə nail olmaqdır. Hyundai avtomobilini "yanacaq"la təmin etmək üçün Kopenhagendə xüsusi məntəqə də açılıb. Brüsseldə, Berlində keçirilmiş təqdimatlarda Avropanın digər ölkələri də Hyundai-ın bu fövqəladə yeniliyinə Avropa bazarının hazır olduğunu nümayiş etdirib.

Yeni avtomobilin kütləvi istehsalı da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti