...

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı yeni kitab çap edilib

Cəmiyyət Materials 19 İyun 2013 12:24 (UTC +04:00)
Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faktlarını özündə əks etdirən yeni kitab işıq üzü görüb.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı yeni kitab çap edilib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faktlarını özündə əks etdirən yeni kitab işıq üzü görüb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Tarix İnstitutunun direktoru Yaqub Mahmudov institutun Elmi Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər" adlı bu kitab rus dilində nəşr olunub. Kitabda soyqımla bağlı yeni faktlar ortaya qoyulub.

Azərbaycan ziyalılarının tarixi araşdırmalarla daha dərindən tanış olmalarını istədiyini deyən Y.Mahmudov bildirib ki, 1918-ci ildə Bakıda hakimiyyəti ələ keçirmiş Stepan Şaumyan Daşnak Partiyasının Bakı Komitəsinin üzvü olub.

Onun sözlərinə görə, o zaman Azərbaycana kənardan göstərilən hərbi yardımın məqsədi də xalqımıza qarşı soyqırım törətmək olub.

Y.Mahmudov Elmi Şurada iştirak edən görkəmli alman tarixçisi, professor İohannas Rauya Tarix İnstitutunun fəxri doktoru diplomunu təqdim edib.

İnstitutun direktoru qeyd edib ki, alman tarixçisi "Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi", "İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)", "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi" tədqiqatlarının müəllifidir. Həmin tarixçinin Azərbaycan tarixini araşdırdığını və təbliğ etdiyini nəzərə çatdıran Y.Mahmudov onun əsərlərinin Azərbaycanda rus dilində kütləvi nəşrinin nəzərdə tutulduğunu deyib. Daha sonra isə bu əsərlər Azərbaycan dilinə tərcümə edilərək çap olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti