...

Qubada dini icmalar üçün ikigünlük regional konfrans işinə başlayıb

Cəmiyyət Materials 19 İyun 2013 14:59 (UTC +04:00)
Bu gün Quba rayonunda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda ikigünlük regional konfrans işinə başlayıb.
Qubada dini icmalar üçün ikigünlük regional konfrans işinə başlayıb

Azərbaycan, Bakı, 19 iyun /Trend

Bu gün Quba rayonunda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda ikigünlük regional konfrans işinə başlayıb. Bu barədə çərşənbə günü Trend-ə DQİDK-nin mətbuat xidmətindən bildirilib.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Vahid Əhmədov, Prezident Administrasiyasını nümayəndəsi eləcə də digər rəsmi şəxslər, QMİ-nin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Əvvəlcə, konfrans iştirakçıları Quba şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil və tər güllər düzmüş, ümummili liderin xatirəsi ehtiramla anılmışdır. O cümlədən Şəhidlər xiyabanı ziyarət edilmişdir.

Konfrasın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Qubadakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin dördüncüsü olduğunu diqqətə çatdırmışdır. Komitə sədri bu konfransın ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərini diqqətə çatdırmış və qeyd etmişdir ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət

Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışmışdır: "Ümummilli Lider Heydər Əliyevin "Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik" fikrini vurğulayan E. İskəndərov bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada islam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq".

E. İskəndərov bu ilin ölkə ictimaiyyəti üçün mühüm il olduğunu diqqətə çatdırmış və qarşıdan gələn prezident seçkilərində dini icmaların fəal iştirak edəcəyinə əminliyini ifadə etmişdir.
Çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, son dövrlər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, son bir ildə dini maarifçilik işinin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirdiyi kompleks tədbirlər diqqətəlayiqdir. Bu istiqamətdə "Qazi Qarabağ azanı" layihəsini, "Axund və imamlar üçün xütbə vəsaiti"ni və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi qeyd etmişlər. Bildirilmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar üçün təlim kursları təşkil etməsi təşəbbüsünü dindarlar tərəfindən dəstəkləmiş və bunun ciddi nəticələr verəcəyinə ümidvar olduqlarını bildirmişlər.

Din xadimləri bildirmişlər ki, bütün bunları, eləcə də milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğını ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsinin nəticəsi kimi qəbul edir və birmənalı olaraq dəstəkləyirik.
Din xadimləri "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda Regional Konfransın iştirakçılarının Bəyanatına Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı maddənin əlavə edilməsini təklif etmiş və bu təklif birmənalı olaraq dəstəklənmişdir.
Bəyanatın müvafiq maddəsində bildirilir: "Bu gün xalqımız və dövlətimiz üçün böyük və jiddi əhəmiyyəti olan tarixi hadisə - ölkə Prezidenti seçkisi ərəfəsindəyik. Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borjudur. Lakin bu, dindar üçün həm vətəndaşlıq, həm də mənəvi borj deməkdir. Çünki dindar insan seçkilərdə iştirak etməklə həm vətəndaşlıq, həm də dini borjunu yerinə yetirmiş olur. Bu baxımdan dindarların jəmiyyətin önəmli təbəqələrindən biri kimi seçkilərdə daha aktiv iştirak etmələri zəruri və təbii haldır. Ölkədəki mövjud vəziyyəti düzgün qiymətləndirən, eləjə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük qurujuluq işlərini təqdir edən Şimal bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdirmişlər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə Şimal bölgəsində deyil, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq jiddi səylə çalışajaq və cənab Prezidenti dəstəkləməklə Azərbayjanımızın tərəqqisinə öz tövhəsini verəjəkdir."
Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 5 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti