...

Azərbaycanda şirkətə 65 min manatdan çox ziyan vuran şəxslər barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 20 İyun 2013 15:50 (UTC +04:00)
"Kazbeqi Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycanda şirkətə 65 min manatdan çox ziyan vuran şəxslər barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İzzət/

"Kazbeqi Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, MMC-də 2012-ci ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara etibar edilmiş malların satışından əldə olunmuş pul vəsaitinin bir hissəsini müəssisənin kassasına mədaxil etməyərək mənimsəyib, bununla da cəmiyyətə ümumilikdə 66 min 600 manat məbləğində ziyan vurublar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti