...

Bakı sürücülərinə xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 İyun 2013 10:26 (UTC +04:00)
Bakıda Heydər Əliyev prospektinin əsas yolunda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakı sürücülərinə xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Bakıda Heydər Əliyev prospektinin əsas yolunda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti Heydər Əliyev prospektilə N.Nərimanov küçəsinin kəsişməsində yeraltı tunel tikintisilə əlaqədar olaraq məhdudlaşdırılıb.

Kənar yolda tikinti işləri başa çatdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Şəhər istiqamətində hərəkət edən sürücülərin kənar yola üstünlük vermələri məsləhət görülür.

Prospektin mərkəzi hissəsində işlərin başa çatmasının dəqiq tarixi hələ müəyyənləşməyib. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda sahədən daş süxurları və torpaq çıxarılır: "Yaxın 2-3 ayda prospektin bütün sahələrində yerüstü işlər tamamlanacaq və prospekt avtomobillərin hərəkəti üçün açılacaq"

Mürsəliyev qeyd edib ki, işlər yekunlaşdıqdan sonra "Şəfa" stadionu (prospektdəki) qarşısındakı 896 metr uzunluğunda olan tuneldə hərəkət dordzolaqlı olacaq: "Tunelun eni 16,5 metr təşkil edəcək. Piyada keçidinin uzunluğu 102 metr, hündürlüyü isə 3,2 metr olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti