...

Bakıda Kipr Beynəlxalq Universitetinin təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 21 İyun 2013 21:07 (UTC +04:00)
Bakıda Kipr Beynəlxalq Universitetinin təqdimat mərasimi keçirilib.
Bakıda Kipr Beynəlxalq Universitetinin təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Bakıda Kipr Beynəlxalq Universitetinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Kipr Beynəlxalq Universitetinin İdarə Heyəti ilə yanaşı, Azərbaycanda təhsil sahəsində çalışan işçilər, mətbuat nümayəndələri və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sadeddin Topukçu da iştirak edib.

Mərasim 2 hissədən ibarət olub: saat 17:00-dan 19:00-a kimi olan rəsmi hissə və 19:00-dan 21:00-a kimi davam edən açıq havada yemək süfrəsi.

Tədbirdə 150 nəfərdən çox qonaq iştirak edib. Tədbir "Millennium Tourism & Congress DMC" MMC-nin prezidenti Ruslan Quliyevin çıxışı və Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb.

Tədbir zamanı Sadeddin Topukçu universitet haqqında fikirlərini iştirakçılarla bölüşüb.

Rəsmi hissədə universitetin prorektoru Ahmet Adelyer ali məktəbin üstünlükləri, təlim-tədris sistemi haqqında məlumat verib.

İştirakçılara tədbirin sonunda Beynəlxalq Kipr Universiteti tərəfindən sertifikat verilib.

Qeyd edək ki, Kipr Beynəlxalq Universitetində təhsil almaq istəyən tələbələr universitetin Bakı təmsilçiliyinə müraciət edə bilərlər.

Ünvan: Bakı ş., N.Rəfibəyli, 12/14; tel: 70/77 271-22-22; e-mail:[email protected]; web:ciu.edu.tr

Məqalədə:
Xəbər lenti

Xəbər lenti