...

Azərbaycanın bəzi ərazilərinə yağış yağacaq

Cəmiyyət Materials 26 İyun 2013 13:30 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın bəzi ərazilərinə yağış yağacaq

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyunun 27-də Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaqdır. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti