...

TQDK magistraturaya qəbul aparılan ixtisaslaşmaların müsabiqə şərtlərini dəyişdirib

Cəmiyyət Materials 27 İyun 2013 09:53 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komisisyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına 2013 – 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqə şərtlərində dəyişiklik edib.
TQDK magistraturaya qəbul aparılan ixtisaslaşmaların müsabiqə şərtlərini dəyişdirib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına 2013 - 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqə şərtlərində dəyişiklik edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, 6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtləri dəyişdirilib. Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilmiş, ümumi balına qoyulan tələblər dəyişməyib.

Ali təhsil müəssisələrinin magistraturalarına 2013 - 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə iyunun 27-dən 30-dək aparılacaq. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının 23 iyun 2013-cü il tarixində keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılmışdır. Bakalavrlar Apelyasiya komissiyasına 2013-cü il iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti