...

Bu gün dövlət qulluğuna qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayır

Cəmiyyət Materials 27 İyun 2013 10:59 (UTC +04:00)
İyunun 27-dən etibarən dövlət qulluğuna qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayır.
Bu gün dövlət qulluğuna qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 27-dən etibarən dövlət qulluğuna qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komissiya 16 aprel, 1 və 7 may 2013-cü il tarixlərində 94 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1011 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqə üzrə komissiyada 6114 nəfər namizəd kimi qeydiyyatdan keçib.

Müsabiqənin test imtahanı mərhələsi iyunun 6-dan başlayıb. İyunun 27-nə kimi 2628 namizəd üçün test imtahanı keçirilib. Bunlardan 546 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 2082-i namizəddən 697 nəfəri (36,84%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 84,00 faizni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 468 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Namizədlərdən 229 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdirilib. Müsabiqənin test imtahanı mərhələsi davam edir.

Test imtahanı mərhələsini uğurla keçmiş namizədlərlə müsabiqənin müsahibə mərhələsi bu gün başlayır.

Müsahibə zamanı namizədlərin şəxsi keyfiyyətləri, vakant vəzifənin tələbləri baxımından bacarıq və qabiliyyətləri qiymətləndirilir. Namizədlərin razılığı ilə onlarla aparılan müsahibələrdə videoçəkiliş aparılır və müşahidəçilərin (beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatlarının komissiyada qeydiyyatdan keçən nümayəndələri) iştirakı təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti