...

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 27 İyun 2013 14:37 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyulun 13-də Gəncədə vətəndaşları qəbul edəcək.
Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyulun 13-də Gəncədə vətəndaşları qəbul edəcək.

Bu barədə Trend SHÇDX-nin rəsmi saytına istinadən məlumat verir.

SHÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında (Gəncə şəhəri, M.A. Abbaszadə küçəsi - 45) keçiriləcək qəbulda Ağstafa, Samux, Göygöı, Qazax, Tovuz, Şəmkir, Goranboy, Daşkəsən, Gədəbəy rayonlarının və Gəncə şəhərinin sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşların iyulun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti