...

İran narkotiklərlə mübarizəyə hər il 5,7 milyard dollar xərcləyir

Cəmiyyət Materials 28 İyun 2013 17:49 (UTC +04:00)
İran ölkədə narkomaniya ilə mübarizə tədbirlərinə hər il 70 trilyon rial (təqribən 5,7 milyard dollar) xərcləyir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İran Dövlət Xeyriyyə Təşkilatının sədr müavini Fərid Barati deyib.
İran narkotiklərlə mübarizəyə hər il 5,7 milyard dollar xərcləyir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

İran ölkədə narkomaniya ilə mübarizə tədbirlərinə hər il 70 trilyon rial (təqribən 5,7 milyard dollar) xərcləyir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İran Dövlət Xeyriyyə Təşkilatının sədr müavini Fərid Barati deyib.

Barati bəyan edib ki, İranda narkotik istifadəçilərinin 71,8 faizi 18-25 yaşındadır: "Ölkədə gənclərin narkotik vasitələrdən istifadəsi məsələsi çox ciddi hal alıb".

Onun sözlərinə görə, bunun əsas səbəbi Əfqanıstan ilə ümumi sərhədin olmasıdır.

İranın Əfqanıstan ilə sərhədi 900 kilometrdir və buradan tiryək qaçaqmalçılığının təqribən 74 faizi həyata keçirilir.

İran son illər narkotik qaçaqmalçılığı ilə mübarizəni gücləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti