...

Türkiyədə Silahlı Qüvvələr Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 29 İyun 2013 03:14 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi iyunun 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Ankarada "Park Hotel" mehmanxanasında rəsmi qəbul təşkil edib.
Türkiyədə Silahlı Qüvvələr Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi iyunun 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Ankarada "Park Hotel" mehmanxanasında rəsmi qəbul təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin çox sayda yüksək rütbəli zabitləri, Ankarada təhsil alan kursantlarımız, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, təmsilçiləri və hərbi attaşeləri, çox sayda elm və incəsənət xadimləri ilə yanaşı, KİV nümayəndələri də iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın ordu quruculuğunda olan əvəzsiz xidmətlərindən bəhs edən film tədbir iştirakçılarına nümayiş etdirilib.

Ardından rəsmi qəbula gələn qonaqlara ziyafət verilib.

Qeyd edək ki, tədbir iştirakçılarına təqdim olunan səfirliyin türk dilində nəşr etdirdiyi "İlham Əliyev" və "Heydər Əliyev" kitabları, həmçinin, "İrs-Miras" və "Diplo Atlas" jurnalları xüsusi maraq və rəğbət hissi doğurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti