...

Azərbaycanda ilk müsabiqədə müəllim vəzifəsinə işə qəbul oluna bilməyən bəzi namizədlər üçün əlavə yerləşdirmə aparılacaq

Cəmiyyət Materials 29 İyun 2013 14:36 (UTC +04:00)
Azərbaycanda növbəti tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə ilk müsabiqədə işə qəbul oluna bilməyən bəzi namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.
Azərbaycanda ilk müsabiqədə müəllim vəzifəsinə işə qəbul oluna bilməyən bəzi namizədlər üçün əlavə yerləşdirmə aparılacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda növbəti tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə ilk müsabiqədə işə qəbul oluna bilməyən bəzi namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun təsdiqlədiyi "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydaları"na əsasən, müsabiqə başa çatdıqdan sonra, hər bir ixtisas üzrə keçid balını toplayıb, lakin işə qəbul olunmayanların siyahısı Müsabiqə Komissiyası tərəfindən təsdiq olunacaq. Tədris ili ərzində yaranan vakant yerlər barədə məlumatlar Təhsil Nazirliyində mütəmadi olaraq toplanılaraq təhlil ediləcək və ildə 2 dəfə keçid balını toplamış müsabiqə iştirakçılarına elan edilir. Elanda göstərilən müddətdə elektron seçim etmiş müsabiqə iştirakçıları üçün əlavə yerləşdirmə qaydalarına uyğun işə qəbul aparılacaq.

Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçim edilməsi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin "Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir. Müsahibə zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durumu öyrənilir, ümumi dünyagörüşü, peşə kompitensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq şkala üzrə qiymətləndirilir. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan, hər hansı bir səbəbdən işindən imtina edən müəllimlər, həmçinin dərs ili başladıqdan sonra mövcud vakant yerlər haqqında rəsmi məlumatlar sentyabrın 20-dək Təhsil Nazirliyinə təqdim edilməlidir. Müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə də dərs ili ərzində yaranan vakant yerlərə daimi işçi qəbul olunanadək, saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən ixtisaslı müəllimlərin işə qəbuluna icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti