...

Xaricdə ali təhsil müəssisələrində dövlət hesabına təhsil alacaq daha 29 nəfərin adları açıqlanıb

Cəmiyyət Materials 6 Avqust 2013 11:14 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 29 namizəd barədə müsbət qərar verib.
Xaricdə ali təhsil müəssisələrində dövlət hesabına təhsil alacaq daha 29 nəfərin adları açıqlanıb

Azərbaycan, Bakı, 6 avqust / Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 29 namizəd barədə müsbət qərar verib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Təhsil Nazirliyindən bildirilib.

Həmin tələbələr təhsillərini Böyük Britaniya (19 nəfər), ABŞ (4 nəfər), Kanada (1 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), İspaniya (1 nəfər), Litva (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (19 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, kompyuter elmləri, sənaye mühəndisliyi, turizm, biznesin idarə edilməsi, dövlət idarəçiliyi və siyasət kimi ixtisaslar üzrə davam etdirəcəklər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi adları qeyd olunan tələbələri təbrik edir, onların dövlətimiz tərəfindən göstərilən yüksək etimadı doğruldacaqlarına, təhsillərini uğurla başa vuraraq ölkəmizin davamlı inkişafı prosesinə layiqli töhfələr verəcəklərinə ümid edir.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün sənəd qəbulu 15 avqust 2013-cü il tarixinə kimi davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 29 namizədin siyahısı:

1. Abdullayev Murad Nizami oğlu
2. Abuzərli Fərid Zaid oğlu
3. Ağayev Rauf İbrahim oğlu
4. Bağırov Rasim Fikrət oğlu
5. Balayev Bəhruz Süleyman oğlu
6. Cavadov Əsgər Telman oğlu
7. Cəfərli İlkin İdris oğlu
8. Cəfərli Nicat Etibar oğlu
9. Cəmilov Rüstəm Məhəmməd oğlu
10. Əhmədova Natəvan Tofiq qızı
11. Əzizov Bəhruz Qüdrət oğlu
12. Hacıyev Cəlal Cümşüd oğlu
13. Həsənli Eldar Elgiz oğlu
14. Məmmədli Azər Adilxan oğlu
15. Musayev Kənan Mehman oğlu
16. Mustafaoğlu Abbas Faxrəddin oğlu
17. Puçaxov Nurlan Süleyman oğlu
18. Qara Əli Seyfəddin oğlu
19. Quliyev Alim Məqsəd oğlu
20. Quliyev Toğrul Emin oğlu
21. Rəsulova Nigar Tofiq qızı
22. Səfərova Vüsalə Faiq qızı
23. Süleymanlı Fərahim Məzahir oğlu
24. Teymurov Emil Kamal oğlu
25. Vəliyev Azad Əhliman oğlu
26. Vəliyeva Tinatin Tariyel qızı
27. Vəlizadə Fizuli Azad oğlu
28. Xəlilov Rəşad Bədrəddin oğlu
29. Xəlilov Şahin Rövşən oğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti