...

Təhsil Nazirliyi xaricdə distant təhsil almış Azərbaycan vətəndaşlarının diplomlarının tanınıb-tanınması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 12 Avqust 2013 13:22 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanınıb-tanınması məsələsinə aydınlıq gətirib.
Təhsil Nazirliyi xaricdə distant təhsil almış Azərbaycan vətəndaşlarının diplomlarının tanınıb-tanınması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 12 avqustl /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanınıb-tanınması məsələsinə aydınlıq gətirib.

Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Bu zaman Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları" əsas götürülür.

Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti