...

"Hyundai" 2014-cü ildə dünya ralli çempionatına qayıdır (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2013 14:01 (UTC +04:00)
Şirkətin 11 millətin nümayəndələrindən ibarət 50 nəfərlik beynəlmiləl heyəti Almaniyada açılmış "Hyundai Motorsport Mərkəzi"ndə çempionata hazırlıq üzərində çalışır. Alsenau şəhərində yerləşən 8200 kvadratmetrlik mərkəz həm "Hyundai"ın Russelheymdəki Avropa Texniki və Dizayn Mərkəzinə, həm də Offenbaxdakı Avropa ofisinə yaxındır. Bundan başqa, Almaniyanın məşhur Nürburqrinq şossesində yaxın vaxtlarda şirkətin test mərkəzi açılacaq. 5,5 milyon dollar başa gələn bu mərkəzdə çempionata hazırlıq yürüşləri keçiriləcək.
"Hyundai" 2014-cü ildə dünya ralli çempionatına qayıdır (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Şirkətin 11 millətin nümayəndələrindən ibarət 50 nəfərlik beynəlmiləl heyəti Almaniyada açılmış "Hyundai Motorsport Mərkəzi"ndə çempionata hazırlıq üzərində çalışır. Alsenau şəhərində yerləşən 8200 kvadratmetrlik mərkəz həm "Hyundai"ın Russelheymdəki Avropa Texniki və Dizayn Mərkəzinə, həm də Offenbaxdakı Avropa ofisinə yaxındır. Bundan başqa, Almaniyanın məşhur Nürburqrinq şossesində yaxın vaxtlarda şirkətin test mərkəzi açılacaq. 5,5 milyon dollar başa gələn bu mərkəzdə çempionata hazırlıq sürüşləri keçiriləcək.

Hyundai çempionata i20 WRC modeli ilə hazırlaşır. Şirkət 3 məşhur pilotun - Yuho Hanninen, Brayan Bufye və Kris Atkinsonun iştirakı ilə Fransanın cənubunda daşlıq yolda 1 aylıq sınaq proqramını başa vurub. Brayan Bufyenin iştirakı ilə avtomobilin asfalt yolda sınağından videolar internetdə yayılıb.

Qeyd edək ki, ilk dəfə 2000-ci ildə Accent modeli ilə dünya rally çempionatına qatılan "Hyundai" bir neçə il sonra çempionatdan çıxıb. Bununla belə, brendin modelləri avtomobil yarışlarında iştirakını dayandırmayıb. ABŞ-ın Kolorado ştatında Payks Zirvəsinə çıxışda bu il də daxil olmaqla, bir neçə il dalbadal çempion Ris Millen "Hyundai Genesis" kupedə yüksək nəticələr nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti