...

Milli Kulinariya Assosiasiyasının seçimi Royal Omega 3 yağları oldu!

Cəmiyyət Materials 27 Avqust 2013 11:44 (UTC +04:00)
Bu günə kimi, Super Sun yağları ilə beynəlxalq festivallarda uğurla təmsil olunan və hər zaman qalibiyyət ilə vətənə dönən Azərbaycan Milli Kulinariya Komandası bu dəfə, 03-05 sentyabr tarixləri arasında Rusiyanın Sverdlovsk şəhərində keçiriləcək Beynəlxalq Kulinariya festivalına Azərsun Holdinqin istehsalı olan Royal omega 3 qarğıdalı yağı ilə təmsil olunacaq.
Milli Kulinariya Assosiasiyasının seçimi Royal Omega 3 yağları oldu!

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Bu günə kimi, Super Sun yağları ilə beynəlxalq festivallarda uğurla təmsil olunan və hər zaman qalibiyyət ilə vətənə dönən Azərbaycan Milli Kulinariya Komandası bu dəfə, 03-05 sentyabr tarixləri arasında Rusiyanın Sverdlovsk şəhərində keçiriləcək Beynəlxalq Kulinariya festivalına Azərsun Holdinqin istehsalı olan Royal omega 3 qarğıdalı yağı ilə təmsil olunacaq. Bu barədə Trend-ə Azərsun Holdinqdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Milli Kulinariya Assosiasiyasından verilən məlumata əsasən bu dəfə məhz Royal yağlarına üstünlüyün verilməsi, yağın xüsusiyyətləri ilə bağlıdır. Belə ki, Royal Omega 3 ilə hazırlanan yeməklər mərkəzi sinir sisteminin dayanaqlılığını artırır, vücud və zehni inkişafı qüvvətləndirir. Digər vacib məqam ondan ibarətdir ki, bu yağ həm qazan xörəklərində, həm qızartmalarda, həm də bütün salatlarda əvəzolunmazdır.

Komanda əmindir ki, festivaldan ən yüksək nəticələrlə dönəcək.

Xatırladaq ki, yalnız 2013 il ərzində Azərbaycan Milli Kulinariya Komandası Rusiya və Türkiyədə keçirilmiş müxtəlif beynəlxalq kulinariya yarışlarında iştirak etmiş, orada yeməklərin hazırlanmasında "Azərsun Holdinq"in Super Sun yağlarından istifadə etmiş və hər bir səfərdən qələbə ilə geri dönmüşdürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti