...

Sürücülərin nəzərinə: Bakının mərkəzi küçəsi bağlanır

Cəmiyyət Materials 4 Noyabr 2013 13:01 (UTC +04:00)
P.Mürsəliyev deyib ki, təmir işlərinin 5-6 gün çəkəcəyi gözlənilir.
Sürücülərin nəzərinə: Bakının mərkəzi küçəsi bağlanır

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakının mərkəzi küçəsi təmir işləri ilə əlaqədar bağlanır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Səbail rayonunun İzzət Nəbiyev küçəsi sabahdan etibarən yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar bağlanacaq.

P.Mürsəliyev deyib ki, təmir işlərinin 5-6 gün çəkəcəyi gözlənilir.

Bu gündən təmir işlərinə hazırlıq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti