...

İspaniyada iqtisadi böhran televiziyanın bağlanmasına səbəb oldu

Cəmiyyət Materials 6 Noyabr 2013 13:51 (UTC +04:00)
İspaniyanın şərqindəki Valensiya əyalətinin rəhbərliyi iqtisadi böhran səbəbi ilə 24 illik tarixi olan əyalətin rəsmi radio və televiziyası RTVV-ni bağlama qərarına gəlib.
İspaniyada iqtisadi böhran televiziyanın bağlanmasına səbəb oldu

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

İspaniyanın şərqindəki Valensiya əyalətinin rəhbərliyi iqtisadi böhran səbəbi ilə 24 illik tarixi olan əyalətin rəsmi radio və televiziyası RTVV-ni bağlama qərarına gəlib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 2007-ci ildən indiyədək davam edən iqtisadi böhranla əlaqədar ölkədə 17 əyalətin rəhbərliyi yerli media qurumlarında ciddi ixtisarlar etsə də, kütləvi informasiya vasitəsinin bağlanması ilk haldır.

Valensiya əyalətinin ali məhkəməsi yerli dildə yayımlanan və 1620 işçisi olan RTVV-nin zərərlərini qarşılaması məqsədilə 1000 nəfəri işdən çıxarmaq barədə qərarını rədd edib. Media qurumunun xərcinin 40 milyon avro təşkil etdiyini və bunu ödəyəcək vəziyyətdə olmadıqlarını açıqlayan əyalət rəhbərliyi RTVV-ni bağlama qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti