...

Argentina mətbuatı III Bakı Beynəlxalq Humanitar Forumundan yazır

Cəmiyyət Materials 9 Noyabr 2013 16:55 (UTC +04:00)
Argentina mətbuatında III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı yazılar dərc olunub.
Argentina mətbuatı III Bakı Beynəlxalq Humanitar Forumundan yazır

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Argentina mətbuatında III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı yazılar dərc olunub.

Trend-in məlumatına görə, Forumdan əvvəl Argentinanın "Periodista" (http://www.periodista.com.ar/notas0110/281013z26.htm), "Dailyweb" (http://www.dailyweb.com.ar/noticias/val/13916/bak%C3%BA-capital-de-azerbaiy%C3%A1n-ser%C3%A1-la-sede-del-foro-internacional-humanitario.html), "Noticiasynegocios" (http://www.noticiasynegocios.com/internacional/baku_capital_de_azerbaiyan_sera_la_sede_del__foro_internacional_humanitario_20131024_9504.html) və "Masquenoticias" (http://masquenoticiasblog.blogspot.com/2013/10/baku-sera-la-sede-del-foro.html) kimi internet xəbər portallarında məlumatlar yayılıb. Məlumatlarda Bakıda 2013-cü ilin 31 oktyabr-1noyabr tarixlərində üçüncü Beynəlxalq Humanitar Forumun keçiriləcəyi bildirilib, tədbirə qatılacaq Nobel mükafatı laureatlarının, beynəlxalq liderlərin, tanınmış dövlət xadimlərinin, dünyanın mədəni elitasının bəşəriyyətin yeni gündəliyini formalaşdırmaq üçün qlobal maraq kəsb edən bir çox məsələlər ətrafında fikir mübadiləsi aparacağı qeyd olunub.

Məlumatlarda, habelə Azərbaycanın Cənubi Qafqazın ən böyük ölkəsi olduğu, bölgə iqtisadiyyatının 70%-dən çoxunun Azərbaycanın payına düşdüyü, Xəzər dənizinin sahillərində yerləşən strateji əhəmiyyətli coğrafi mövqeyinin Azərbaycana Avropa və Asiya arasında körpü rolunu oynamağa imkan verdiyi bildirilir. Hazırda, əsasən, böyük karbohidrogen ehtiyatlarının hasilatı, eləcə də nəqliyyat, infrastruktur, İKT, inşaat, turizm və aqrosənaye sahələrinə yatırılan iri sərmayələr sayəsində Azərbaycanın güclü iqtisadi inkişaf yaşadığı, 2000-ci ildən etibarən ölkə iqtisadiyyatının təxminən dörd dəfə artdığı qeyd olunur.

Məlumatlarda vurğulanır ki, qədim tarixə, zəngin mədəni irsə və arxitekturaya və müasir hotelçilik sektoruna malik olan Azərbaycana beynəlxalq turizmin marağı getdikcə artmaqdadır. Yazılarda Azərbaycanın yüksək tolerantlığa malik, müxtəlif etiqadların və millətlərin sülh şəraitində bir arada yaşadığı dünyəvi ölkə olduğu da bildirilir.

Habelə Forumdan sonra "Conceptomulticulturalismo" portalında dərc olunmuş "Multikulturalizmin göstərici "Bakı Beynəlxalq Humanitar Forumu- 2013" adlı yazıda (http://conceptomulticulturalismo.wordpress.com/2013/11/05/testimonios-sobre-el-multiculturalismo-foro-humanitario-baku-2013/) multikulturalizmin beynəlxalq gündəmin əsas mövzularından biri olduğu, bu baxımdan Azərbaycan paytaxtında keçirilmiş 2013-cü il Bakı Beynəlxalq Humanitar Forumunda səslənən fikirlərə istinad etməyin vacib olduğu bildirilir. Yazıda qeyd olunur ki, 70-dən çox ölkənin 800-ə yaxın liderinin iştirak etdiyi bu Forumda multikulturalizm əsas diqqət mərkəzində olan mövzu olub, bu mühüm forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm anlayışının tərifini qəti bir şəkildə ifadə edib: "Multikulturalizmə alternativ yoxdur... Biz ayrı-seçkilik, diskriminasiya, ksenofobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik".

Yazıda bildirilir ki, Azərbaycan Prezidenti cəmiyyətlərdə konsensusun bərqərar olunması və insan hüquqlarına hörmətə dəyər verilməsinə nail olmaq üçün multikulturalizm faktorunun mühüm amil olduğunu, öz ölkəsində çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin inkişaf etməsinin böyük bir sərvət, dəyər olmasını nəzərə çatdırıb. "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti