...

Azərbaycanda qanunların icrasının monitorinqi üzrə komissiya yaratmaq təklif olunur

Cəmiyyət Materials 13 Noyabr 2013 18:44 (UTC +04:00)
Azərbaycanda qanunların icra səviyyəsinin öyrənilməsi ilə məşğul olacaq komissiya yaratmaq lazımdır.
Azərbaycanda qanunların icrasının monitorinqi üzrə komissiya yaratmaq təklif olunur

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda qanunların icra səviyyəsinin öyrənilməsi ilə məşğul olacaq komissiya yaratmaq lazımdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü Milli Məclisin deputatı Elmira Axundova parlamentdə 2014-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunların icra edilməsində müəyyən problemlər müşahidə olunur:

"Bəzi qanunlar yaxşı, bəziləri isə pis icra edilir. Hesab edirəm ki, Milli Məclis və ya Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Həmin komissiya bu və ya digər qanunun icra edilməsi səviyyəsini araşdıra, fəaliyyəti haqqında parlamentə mütəmadi hesabat verə, həmçinin mövcud məsələ üzrə öz rəy və tövsiyələrini təqdim edə bilər".

Milli Məclisin spikeri Oqtay Əsədov isə bildirib ki, bəzi ölkələrdə üçpalatalı parlament fəaliyyət göstərir:

Məsələn, İndoneziyada parlament aşağı, yuxarı və barışdırıcı palatalardan ibarətdir. Düşünmürəm ki, qanunverici və icraedici hakimiyyətin fəaliyyətlərinin əlaqələndirilməsi ilə məşğul olacaq orqanın yaradılmasına ehtiyac var. Hər kəsin öz işini vicdanla yerinə yetirməsi və qanunlara riayət etməsi kifayət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti