...

Tikinti işləri Şamaxı Rəsədxanasının fəaliyyətinə mane olur

Cəmiyyət Materials 22 Noyabr 2013 17:21 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında binaların tikintisinin dayandırılması məsələsi üzrə hökumət başçısına müraciət edib. Trend-in məlumatına görə, bunu cümə günü mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə jurnalistlərə deyib.
Tikinti işləri Şamaxı Rəsədxanasının fəaliyyətinə mane olur

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında binaların tikintisinin dayandırılması məsələsi üzrə hökumət başçısına müraciət edib. Trend-in məlumatına görə, bunu cümə günü mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, hökumət başçısı müraciəti Baş nazirin müavini Abid Şərifova göndərib. A.Şərifov isə öz növbəsində, mövcud məsələnin həlli üçün xüsusi komissiya yaradıb.

A.Əlizadə bildirib: "Hələlik bu komissiya bu məsələdə bizi qane edə biləcək konkret qərara gələ bilməyib. Biz bu barədə, həmçinin Azərbaycan Prezidenti Administrasiyasını məlumatlandırmışıq və ümid edirik ki, AMEA-nın maraqlarını müdafiə edə biləcəyik".

AMEA prezidenti qeyd edib ki, Şamaxı Rəsədxanası milli sərvətdir və dünyada yüksək səviyyədə tanınır: "Rəsədxanada həm yerli, həm də əcnəbi alimlər tədqiqatlar aparırlar".

Kosmik cisimləri müşahidə etmək üçün optik teleskopların istifadə edildiyi rəsədxanalara süni işıqlandırmadan azad, aydın atmosfer lazımdır. Rəsədxanaların yanında parlaq gecə işıqlandırmasının olduğu şəhərlər yerləşməməlidir, çünki bu, müşahidələrə mane olur.

A.Əlizadə qeyd edib: "Hesab edirik ki, rəsədxana ətrafında bütün tikinti işləri dayandırılmalı və digər yerlərə köçürülməlidir. Əks təqdirdə, bu, rəsədxananın məhvinə gətirib çıxara bilər, buna isə qəti şəkildə yol vermək olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti