...

"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2013 16:18 (UTC +04:00)
Cənubi Afrika Respublikasının (CAR) Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgi çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı esse müsabiqəsinin qalibləri tərəfindən yazılmış esselər "Cənubi Afrikadan Azərbaycana. Alov keşikçilərinin macərası" adlı kitab halında çap etdirilib və kitabın təqdimat mərasimi təşkil edilib.
"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Cənubi Afrika Respublikasının (CAR) Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgi çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı esse müsabiqəsinin qalibləri tərəfindən yazılmış esselər "Cənubi Afrikadan Azərbaycana. Alov keşikçilərinin macərası" adlı kitab halında çap etdirilib və kitabın təqdimat mərasimi təşkil edilib.

Trend-in Azərbaycanın CAR-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, təqdimat zamanı səfir Elxan Poluxov çıxış edərək qonaqlara kitab haqqında ümumi məlumat verib və bildirib ki, sözügedən kitabın nəşrində əsas məqsəd CAR vətəndaşlarının Azərbaycanla bağlı məlumatların birbaşa öz vətəndaşlarının dilindən eşitməsi olub.

Daha sonra kitabın çapında səfirliyə dəstək göstərmiş "Paramount" şirkətinin nümayəndəsi, "Afrikada Azərbaycan Dostları" QHT-nin yaradıcılarından biri olan Ceyms Dey və esse müsabiqəsində iştirak etmiş bir neçə tələbə çıxış edərək Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycanın CAR-dakı səfirliyinə tələbələr üçün belə bir şərait yaratdıqları üçün təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda qonaqlara sözügedən nəşrlər hədiyyə edilib.

Qeyd edək ki, cari ilin iyun-iyul aylarında "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi çərçivəsində Cənubi Afrika Respublikasından 9 iştirakçı və 1 müşayiət edən valideyn Azərbaycana səfər etmişdilər və təqdim olunan kitab CAR-da Azərbaycana həsr edilmiş ilk nəşr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti