...

Yeni tikilən çoxmərtəbəli binalar bərpa olunan enerji mənbələri ilə təmin ediləcək (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2013 17:45 (UTC +04:00)
Yeni tikilən çoxmərtəbəli binalar bərpa olunan enerji mənbələri ilə təmin ediləcək. Gələcəkdə binalar demək olar ki, kənardan enerji almayacaqlar. Norveçli mütəxəssislərin iştirakı ilə hazırlanan layihə artıq hökümətə təqdim olunub.
Yeni tikilən çoxmərtəbəli binalar bərpa olunan enerji mənbələri ilə təmin ediləcək (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Yeni tikilən çoxmərtəbəli binalar bərpa olunan enerji mənbələri ilə təmin ediləcək. Gələcəkdə binalar demək olar ki, kənardan enerji almayacaqlar. Norveçli mütəxəssislərin iştirakı ilə hazırlanan layihə artıq hökümətə təqdim olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə də AzMİU-da Beynəlxalq Ekoenergetika Akademiyası və Norveçin enerji effektivliyi sahəsində fəaliyyət göstərən beynəlxalq ENSI şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə məlumat verilib.

Tədbirdə çıxış edən norveçli alim Lyubamir Çevilov deyib: "Gələcəkdə binalar layihələndirilərkən onların kənardan maksimum az enerji alması, bərpa olunan enerji mənbələri ilə təmin edilməsi, həmçinin qışda istiliyin, yayda isə sərinliyin itkisinin minimuma endirilməsi nəzərə alınacaq. Avropa standartlarına görə, binanın kənardan enerji alması sıfıra bərabər olmalıdır".

Tədbirdə bərpa olunan enerjidən istifadənin vəziyyəti, müasir inşaat sektorunda ondan istifadə olunması, enerjidən qənaətlə istifadə edən effektivli binaların tikintisi, ətraf mühit problemləri və digər problemlərinin həlli yollarının axtarılması istiqamətində müzakirələr olub.

Norveçli mütəxəssisin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə bu təcrübədən artıq istifadə olunur. Bu sistemin Azərbaycanda daha effektiv işləyəcəyinə əminliyini bildirən alimin sözlərinə görə, burada iqlim şəraiti böyük rol oynayır.

Beynəlxalq elmi konfransda Norveç, Almaniya, Türkiyə və Gürcüstandan olan alimlər iştirak ediblər.

Qeyd edək ki, tədbir sabah da davam edəcək. Beynəlxalq elmi konfransın ikinci günü Kür çayının bugünkü vəziyyəti, ekologiyası məsələsi gündəmdə olacaq və problemin həlli yolları araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti