...

BANM-in yaradılmasının ikinci ildönümü münasibətilə tələbələr arasında şahmat turniri keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2013 12:11 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin yaradılmasının ikinci ildönümü ilə əlaqədar olaraq ali məktəbdə BANM-nin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında şahmat turniri keçirilmişdir.
BANM-in yaradılmasının ikinci ildönümü münasibətilə tələbələr arasında şahmat turniri keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Bakı Ali Neft Məktəbinin yaradılmasının ikinci ildönümü ilə əlaqədar olaraq ali məktəbdə BANM-nin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında şahmat turniri keçirilmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətini ali məktəbin yaradılmasının ikinci ildönümü münasibəti ilə təbrik etmiş, qısa zaman ərzində bu tədris ocağında həyata keçirilən işlər haqqında ətraflı məlumat vermişdir. Ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti haqqında danışan E.Qasımov qeyd etmişdir ki, bu gün təhsillə yanaşı gənclərin intelektual və mədəni səviyyələrini də inkişaf etdirmələri üçün dövlət tərəfindən istənilən yüksək şərait yaradılmışdır.

Şahmatın məntiq tələb edən intelektual oyun olduğunu bildirən E.Qasımov Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu və ölkəmizin şahmat üzrə dünyanın 20 ən güclü dövlətləri sırasında olduğunu qeyd etmişdir.

Tədbirdə iştirak edən şahmat üzrə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə BANM əməkdaşlarını və tələbələrini təbrik edərək, turnirin qaydaları haqqında məlumat vermiş və bildirmişdir ki, yarış 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir.

3 saat davam edən yarışda BANM tələbələri Rəhimov Rza I yeri, Şərifov İbrahim II yeri, Sadıqov Elton III yeri qazanmışdırlar. Sonda qalib olmuş tələbələr Bakı Ali Neft Məktəbinin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələrlə təltif olunmuşdurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti