...

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid Isayev: Ərzaq mallarının pərakəndə satış qiymətlərində artım yoxdur

Cəmiyyət Materials 5 Dekabr 2013 12:39 (UTC +04:00)
Tarif dəyişikliyindən sui-istifadə hallarının qarşısını alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin monitorinqinin əhatə dairəsini və intensivliyini daha da artırıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid Isayev: Ərzaq mallarının pərakəndə satış qiymətlərində artım yoxdur

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Əliyev/

Tarif dəyişikliyindən sui-istifadə hallarının qarşısını alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin monitorinqinin əhatə dairəsini və intensivliyini daha da artırıb. Bu barədə Trend-ə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev məlumat verib.

Onun sözlərinə görə, son iki günün monitorinqləri istehlak bazarında ərzaq mallarının pərakəndə satış qiymətlərində artımın olmadığını göstərir. Bununla yanaşı, Dövlət Xidməti tərəfindən istehlak bazarında intensiv nəzarət tədbirləri davam etdirilir.

Görülən işlərin daha səmərəli olması və operativ tədbirlərin görülməsi üçün istehlakçılardan 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti