...

Bakı müəllimlərinin əməkhaqqına edilən əlavələrin ödənilməsinin gecikmə səbəbi açıqlandı

Cəmiyyət Materials 6 Dekabr 2013 16:53 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi müəllimlərin əməkhaqqına edilən əlavələrin ödənilməsinin gecikdirilmə səbəbini açıqlayıb.
Bakı müəllimlərinin əməkhaqqına edilən əlavələrin ödənilməsinin gecikmə səbəbi açıqlandı

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi müəllimlərin əməkhaqqına edilən əlavələrin ödənilməsinin gecikdirilmə səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, idarənin saytında qeyd edilib ki, noyabr ayı üçün I-VI siniflərdə Azərbaycan dili (təlim qeyri-Azərbaycan dilində aparılan I-VI siniflərdə isə tədrisin aparıldığı tədris dili) və Riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqqına əlavə edilən məbləğ texniki problem səbəbindən ödənilməyib.

Problem yaxın günlərdə həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti