...

Baş prokurorluğun əməkdaşları Vyanada insan alverinə qarşı mübarizə üzrə transmilli işçi qrupunun iclasında iştirak edib

Cəmiyyət Materials 10 Dekabr 2013 18:21 (UTC +04:00)
Baş prokurorluğun əməkdaşları Vyanada insan alverinə qarşı mübarizə üzrə transmilli işçi qrupunun iclasında iştirak edib.
Baş prokurorluğun əməkdaşları Vyanada insan alverinə qarşı mübarizə üzrə transmilli işçi qrupunun iclasında iştirak edib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İzzət/

Baş prokurorluğun əməkdaşları Vyanada insan alverinə qarşı mübarizə üzrə transmilli işçi qrupunun iclasında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Vyana Diplomatik Akademiyasında Avropa İttifaqının dəstəyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) təşkilatçılığı ilə Azərbaycan, Türkiyə, Moldova və Bosniya və Herseqovinadan olan prokuror və hakimlər üçün "İnsan alverinə qarşı mübarizə - I faza" transmilli işçi qrupunun iclası keçirilib.

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanov və Baş Prokurorluğun idarə prokuroru İlham Hacıyevin iştirak etdiyi tədbirdə insan alverinə qarşı mübarizə sahəsində Böyük Britaniya, Belçika və Niderland təcrübəsini öyrənmək məqsədi ilə "İnsan alverinə qarşı mübarizədə əmək müfəttişlikləri və istintaq orqanları arasında əməkdaşlıq" və "İnsan alveri ilə əlaqədar aparılan istintaq zamanı müstəntiq və prokurorlar arasında əməkdaşlıq" mövzularında mühazirələr dinlənilib, geniş müzakirələr aparılıb.

Baş Prokurorluğun nümayəndəsi E.Əlixanov tədbirdə çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik və normativ aktlar, Milli Fəaliyyət planları, istintaq olunan cinayət işləri barədə iştirakçılara ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti