...

Təhsil naziri: Ali təhsil müəsisələrində hazırlanan pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir

Cəmiyyət Materials 14 Dekabr 2013 11:48 (UTC +04:00)
Hazırda müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Ali təhsil müəsisələrində hazırlanan pedaqoji kadrların sayı onlara olan real tələbatı təxminən 2 dəfə üstələyir.
Təhsil naziri: Ali təhsil müəsisələrində hazırlanan pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Hazırda müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Ali təhsil müəsisələrində hazırlanan pedaqoji kadrların sayı onlara olan real tələbatı təxminən 2 dəfə üstələyir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, sistemin nə qədər qeyri-səmərəli çalışdığını aydın görmək olur: "İmtahan prosesi nəticəsində müəllimlərin biliklərinə əsaslanaraq orta məktəblərdəki vakansiyaların doldurulmasında çətinlik çəkirik. Ona görə də mən bu vəziyəti dözülməz hesab edirəm. Pedaqoji kadr hazırlığı məsələlərinə xüsusi diqqətin ayrılması, bu sahədə nəticələri davamlı olaraq aşağı olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını vacib sayırıq".

Nazir qeyd edib ki, təhsildə olan qüsurların əsas səbələrindəın biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir: "Son 20 ildə hər il məktəblərə çoxlu sayda təcrübəsi, bəzi hallarda kifayət qədər pedaqoji təhsili olmayan təhsil verənlər gəlib. Onların arasında hətta saxta diplomlarla işləyənlərə də rast gəlinir".

M.Cabbarov deyib ki, müəllim ixtisası üzrə ən aşağı balla qəbul olunma imkanı çox aşağı bilik səviyyəli insanların bu ixtisasa axınını stimullaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti