...

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin nəzərinə

Cəmiyyət Materials 24 Dekabr 2013 15:06 (UTC +04:00)
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün imtahan tarixini elan edib.
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin nəzərinə

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün imtahan tarixini elan edib.

Kollegiyadan Trend-ə verilən məlumata görə, namizədlər üçün keçiriləcək test imtahanı 11 yanvar 2014-cü il tarixdə keçiriləcək.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanuna uyğun olaraq Vəkillər Kollegiyasına üzv qəbul olunmaq üçün müraciət etmiş namizədlərinə çatdırılır ki, 2014-cü il yanvar ayının 11-də saat 11:00-da 42 saylı (Bakı şəhəri, Nəsimi rayonu, Mir-Qasımov küçəsi,6) və 258 saylı (Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 34) orta məktəblərdə test imtahanı keçiriləcəkdir.

İmtahana buraxılış vərəqələrini 25 dekabr 2013-cü il tarixdən (31 dekabr 2013-cü və 01-02 yanvar 2014-cü il tarixli bayram günləri istisna olmaqla) 10 yanvar 2014-cü il tarixə qədər Bakı şəhəri Səməd Vurğun küçəsi, 32-də yerləşən Vəkillər Kollegiyasının Rəyasət Heyətindən ala bilərsiniz.

Rəyasət Heyətinin Kadrlar şöbəsindən imtahanla bağlı əlavə məlumat əldə edə bilərsiniz. Əlaqə telefonları: 596-32-71, 498-93-45

Məqalədə:
Xəbər lenti

Xəbər lenti