...

Təmir işləri ilə əlaqədar Bakıda daha bir küçə bağlanıb

Cəmiyyət Materials 26 Dekabr 2013 14:34 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılıb.
Təmir işləri ilə əlaqədar Bakıda daha bir küçə bağlanıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İzzət/

Təmir işləri ilə əlaqədar Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Bakının Şövkət Məmmədova küçəsinin Səttar Bəhlulzadə küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Ramin şadlıq sarayının arxası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Ağasadıq Gəraybəyli küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti