...

Ərzaq məhsulları alarkən diqqətli olun

Cəmiyyət Materials 29 Dekabr 2013 11:18 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı, Gəncə, Sumqayıt, Yevlax, Xaçmaz, Şabran və Ağsuda bir sıra mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ərzaq məhsulları alarkən diqqətli olun

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı, Gəncə, Sumqayıt, Yevlax, Xaçmaz, Şabran və Ağsuda bir sıra mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə, monitorinqlər zamanı 140 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti