...

"FINCA Azerbaijan" uşaqlara Yeni il sevinci bəxş edib

Cəmiyyət Materials 29 Dekabr 2013 17:23 (UTC +04:00)
"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı ənənəvi olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Gəncə, Salyan, İsmayıllı və Bakıda yerləşən uşaq və qocalar evlərində bayram şənlikləri təşkil edib.
"FINCA Azerbaijan" uşaqlara Yeni il sevinci bəxş edib

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı ənənəvi olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Gəncə, Salyan, İsmayıllı və Bakıda yerləşən uşaq və qocalar evlərində bayram şənlikləri təşkil edib.

Kredit təşkilatından Trend-ə verilən məlumata görə, "FINCA Azerbaijan"ın müxtəlif filiallarının əməkdaşları Salyan şəhəri İnternat Məktəbində, İsmayıllı şəhəri Uşaq və Ailə Mərkəzində, Gəncə şəhərində fəaliyyət göstərən uşaq evində, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Müharibə Əlilləri pansionatında və Mərdəkan qəsəbəsində yerləşən Xəzər Təlim və Ailə-Məsləhət Mərkəzində qeydiyyatda olan uşaqlar və qocalar üçün xoş bayram əhval-ruhiyyəsi yaratmağa çalışıblar.

"FINCA Azerbaijan"ın filialları tərəfindən 700 nəfər üçün bayram sovqatları və hədiyyələr təqdim edilib, həmçinin musiqili-əyləncəli şənliklər və oyunlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti